Şar üzərində çap
Logo, şəkil, şüar və təbriklərin şar üzərində peşəkar çapı — reklam, tədbir və korporativ sifarişlər üçün.
Fikriniz şarın üzərində canlanır
BALLPRINT olaraq standart lateks şarların üzərinə şirkət loqonuzu, istədiyiniz şəkli, şüarı və ya təbrik mətnini çap edirik. Şarlar bizim tərəfimizdən təmin olunur — siz sadəcə logonuzu göndərirsiniz. İstər açılış mərasimi, istər ad günü, istərsə də reklam kampaniyası olsun — şar üzərindəki brend mesajınızı gözəl şəkildə çatdırır.
- ✓1 rəngli aydın və davamlı çap (rəngli logo çap olunmur)
- ✓Mat, xrom və metallik səthdə müxtəlif rəngli şar seçimi
- ✓Şarlar boş (spuşqasız) və ya doldurulmuş təhvil
- ✓Vektor logo birbaşa, şəkil formatı çevirmə ilə qəbul olunur
Qiymətə daxil olan xidmətlər
Maketin hazırlanması
Logonuzu şar formasına uyğunlaşdırıb çapa hazır maket hazırlayırıq.
Rəng seçimi
Mat, xrom və metallik səthdə müxtəlif rənglərdə şar seçimi.
Peşəkar çap
Şəkilin aydın və dözümlü çıxması üçün keyfiyyətli çap texnologiyası.
Nümunə çapı
Kütləvi istehsala keçməzdən əvvəl təsdiq üçün nümunə.
Niyə BALLPRINT?
Sürətli hazırlıq
Sifarişiniz qısa müddətdə hazır olur, təcili variantlar mövcuddur.
Keyfiyyət zəmanəti
10 “inc” (25–28 sm) standart şarlar, davamlı və parlaq çap.
Sərfəli qiymət
Sayı artdıqca ədədi qiymət ucuzlaşır — 0.15 AZN-ə qədər.
Çatdırılma
Bakı və bütün bölgələrə taksi ilə göndəriş imkanı.
Doldurma xidməti
İstəyə görə şarları helium/hava ilə doldurulmuş təhvil veririk.
Korporativ dəstək
Reklam agentlikləri və şirkətlər üçün böyük həcmli sifarişlər.
Qiymət necə formalaşır?
Sifarişin son qiyməti bir neçə amildən asılıdır. Dəqiq hesablama üçün bizə dizaynınızı və istədiyiniz sayı bildirməyiniz kifayətdir.
- ● Şarın sayı (100–10.000+ ədəd)
- ● Çap üzləri: 1 üz (1+0) və ya 2 üz (1+1)
- ● Logo sayı və rəng dəyişikliyi
- ● Vektor və ya şəkil formatı
- ● Doldurma və çubuq əlavəsi
- ● Sifarişin təcili olub-olmaması